Paşinyanın partiyası seçki bloku yaratmayacaq
Bakı, 6 may, AZƏRTAC
Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası digər siyasi qüvvələrlə seçkiöncəsi blok yaratmayacaq və növbədənkənar parlament seçkilərində müstəqil şəkildə iştirak edəcək.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə təşkilatın idarə heyətinin üzvü, hakim “Mənim addımım” blokunun lideri Lilit Makunts məlumat verib. “Vətəndaş sazişi” partiyası seçkiqabağı blok qurmayacaq. Biz seçkilərdə ayrıca partiya kimi iştirak etmək istəyirik”, - deyə Makunts bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin deputatları mayın 3-də keçirilən xüsusi iclasda Nazirlər Kabineti rəhbərinin vəzifələrini icra edən Nikol Paşinyanın baş nazir postuna seçilməsinə səs verməyib. Baş nazirin seçkisi üzrə növbəti iclasın mayın 10-da keçiriləcəyi gözlənilir. Əgər parlament üzvləri bu dəfə də Paşinyanın əleyhinə səs versələr, qanunverici orqan buraxılacaq və yeni seçkilərin vaxtı təyin ediləcək.
Ekspertlərin fikrincə, iyunun 20-də keçirilməsi planlaşdırılan seçkilərdə “Mənim addımım" fraksiyasının əsas rəqibləri sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın blokları olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]