Paulo Dibala “Yuventus” klubu ilə beşillik müqavilə imzalayacaq
Bakı, 19 may, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beşillik yeni müqavilə imzalayacaq. Bu barədə “Football Italia” portalı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən hücumçunun məvacibi də artırılacaq. Hazırda argentinalı futbolçu 2022-ci ilədək nəzərdə tutulan müqaviləsinə görə ildə 7,5 milyon avro alır.
Bu mövsüm 26 yaşlı futbolçu “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2015-ci ildən Turin klubunda oynayan P.Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]