Paytaxt ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 19 may, AZƏRTAC
Bakıda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 28-də Binəqədi rayonunda Ü.Kazımovun 160 manat məbləğində pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən T.Məmmədov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də H.Hümbətovun təqaüd kartından 277 manat məbləğində pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini X.Məmmədov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]