CƏMİYYƏT
Paytaxtda sərnişin avtobusu ilə minik maşınının toqquşması nəticəsində bir nəfər ölmüşdür
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də günorta saatlarında Səbail rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.
AZƏRTAC xəbər verir ki, 205 nömrəli marşrut üzrə hərəkət edən, 90 RU 351 dövlət nömrə nişanlı “İsuzu” markalı sərnişin avtobusu ilə “Dodge Durango” markalı minik avtomobili toqquşmuşdur.
Qəza nəticəsində hər iki sürücü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarət almışdır. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Seymur Həşimov ölmüşdür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirmişlər ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]