PEKİNDƏ CÜDO ÜZRƏ OLİMPİYA TURNİRİNİN PÜŞKATMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçularının Olimpiya yarışlarında rəqibləri müəyyən edilmişdir. Püşkatmanın nəticələrinə görə, Ramil Qasımov (66 kiloqram) avqustun 10-da 1/16 finalda 2008-ci ilin Avropa çempionatının bürünc mükafatçısı rusiyalı Alim Qadanovla görüşəcəkdir.
Kifayət Qasımova (57 kiloqram) 1/8 finalın ilk görüşündə Yaponiya cüdoçusu, 2007-ci ilin Asiya çempionu və ötənilki dünya çempionatının bürünc mükafatçısı Ayko Sato ilə qarşılaşacaqdır.
Elnur Məmmədli (73 kiloqram) 1/16 finalda hazırkı Avropa çempionu, belçikalı Dirk Van Tixelt ilə yarışacaq. Elnur və Kifayət tatamiyə avqustun 11-də çıxacaqlar.
Mehman Əzizov (81 kiloqram) avqustun 12-də 1/16 finalda 2005-ci ildə Avropa birinciliyinin qalibi olmuş alman Ole Bişofla görüşəcəkdir.
Avqustun 13-də Elxan Məmmədov (90 kiloqram) mübarizəyə qoşulacaqdır. 1/16 finalda onun rəqibi tacikistanlı Nemətullo Asranqulov olacaqdır.
Nəhayət, avqustun 14-də Mövlud Mirəliyev (100 kiloqram) 1/16 finalda əlcəzairli Həsən Əzzunla qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]