PEKİNDƏ OLİMPİYA OBYEKTLƏRİNİN İNŞASINA CİDDİ NƏZARƏT EDİLİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Pekində Olimpiya obyektlərinin tikintisi zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayət olunur. Şəhər İctimai təhlükəsizlik idarəsi rəisinin müavini Şao Lyu mətbuat konfransında bildirmişdir ki, 2002-ci ilin martından Olimpiya obyektlərində 11 mindən artıq mütəxəssis 4600-dən çox yoxlama aparmışdır”.
Şao Lyu Olimpiya obyektlərində tərkibində partlayıcı maddə olan materiallarla bağlı vəziyyətin xüsusi nəzarətdə saxlandığını bildirmişdir. O demişdir: “Biz tikinti materiallarını ciddi yoxlayır və partlayış təhlükəsi materialların tikintiyə gətirilməsinin qarşısını alırıq”. İnşaat materiallarının istehsalından tutmuş Pekinə gətirilməsinədək bütün prosesə nəzarət olunur.
Məmurun sözlərinə görə, partlayıcı maddələrin maye betonun tərkibinə düşməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Polisin və inşaatçıların partlayıcı maddələr barədə məlumat alması və onların zərəsizləşdirilməsinə dair tədbirlər görməsi üçün xüsusi kurslar təşkil olunmuşdur. Bütün tikinti meydançalarında videomonitorinq sistemi quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]