Pekində universitet laboratoriyasında partlayış nəticəsində üç tələbə həlak olub
Bakı, 26 dekabr, AZƏRTAC
Pekin Nəqliyyat Universitetinin laboratoriyasında kimyəvi təcrübə zamanı baş verən partlayış nəticəsində üç tələbə həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, partlayış dekabrın 26-da yerli vaxtla saat 9:30 radələrində korpusun şərq hissəsində baş verib. Hadisə yerinə göndərilən 8 yanğınsöndürən maşın partlayışdan sonra meydana gələn yanğını nəzarət altına almağa müvəffəq olub.
İnsident nəticəsində yaralananlar barədə məlumat verilmir. Hazırda hadisənin səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]