Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə ödənilən vəsaitin məbləği açıqlanıb

Bakı, 22 may, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə 3 milyard 152,2 milyon manatdan çox vəsait ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, həmin məbləğ ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 238,6 milyon manat və ya 8,19 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [16:30]
İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var
- 23.06.2025 [15:15]