Pentaqon “Patriot”un istifadəsi ilə bağlı ukraynalı hərbçilərə təlim keçə bilər
Bakı, 23 dekabr, AZƏRTAC
Pentaqon Ukrayna hərbçilərinə ABŞ-da təlim keçmək imkanını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
Nəşrin məlumatına görə, söhbət “Patriot” hava hücumundan müdafiə sistemlərinin idarə edilməsi üzrə təlimlərdən gedir.
Amerikalı məmurlardan birinin fikrincə, ABŞ-da təlim keçirmək üçün Fort Sill, Oklahoma bazası uyğun gəlir. Avropada təlim keçirmək mümkün olardı, lakin bu, böyük logistik çətinliklərlə nəticələnəcək.
Pentaqon hələ də təlimlərin ABŞ-da və ya onun Avropadakı bəzi bazalarında keçirilməsini müzakirə edir. Yekun qərar hələ verilməyib.
Qeyd edək ki, ABŞ-ın Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu 2 milyard dollar həcmində hərbi yardım göndərəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub
- 18.06.2026 [18:46]