RƏSMİ XRONİKA
Peru Respublikasının Prezidenti Olyanta Moyses Umala Tassodan
Hörmətli Prezident,
Böyük məmnuniyyətlə Zati-alinizə Peru hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbriklərimi çatdırıram.
Sizin alicənab xalqınıza tərəqqi və rifah arzulayaraq, fürsətdən istifadə edib ölkələrimiz arasında müvəffəqiyyətlə inkişaf edən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mənim hökumətimin rəğbət bəslədiyini ifadə etmək istərdim.
Belə bir xoş münasibətlə Zati-alinizə olan ən yüksək hörmət və ehtiramımı bir daha təsdiq edirəm.
Olyanta Moyses Umala Tasso
Peru Respublikasının Prezidenti