“Peşə təhsili haqqında” Qanuna edilən dəyişikliklər ikinci oxunuşda qəbul edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin kateqoriyası genişləndirilib. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin də artıq dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2026 [11:39]
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilib
- 12.08.2026 [11:32]
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb
- 12.08.2026 [11:16]
Azərbaycan Universiteti 24 ixtisas üzrə qəbul elan edir
- 12.08.2026 [10:34]
Peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanı başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Xəzər Günüdür
- [09:00]
Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi bəlli olub
- 11.08.2026 [23:56]
Almaniyada yeni rəy sorğusu: İfrat sağçı AfD CDU-dan 8 faiz öndədir
- 11.08.2026 [23:30]
"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik
- 11.08.2026 [23:22]
Valdas Dambrauskas: Futbolçularım inanılmaz oyun nümayiş etdirdilər
- 11.08.2026 [23:16]
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
- 11.08.2026 [22:43]
Süni intellektlə yaradılan ifaçılar “Spotify”da xüsusi nişanla göstəriləcək
- 11.08.2026 [22:40]
Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır
- 11.08.2026 [22:32]
"Orxus"un baş məşqçisi: "Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi
- 11.08.2026 [22:30]
Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir
- 11.08.2026 [22:23]