PLATFORMA TEZLİKLƏ DƏNİZƏ YOLA SALINACAQ
Dünyada ən nəhəng qurğulardan olan bu obyekt Dövlət Neft Şirkətinin Zığ tikinti-quraşdırma sahəsində inşa edilmişdir və yaxın günlərdə dənizə aparılaraq yataqda quraşdırılacaqır. Platformanın ümumi çəkisi 32 min tondur. Bu, 120 nəfərlik işçi heyəti üçün yaşayış blokundan, qazma və hasilat qurğularından ibarət nəhəng platformadır. İndiyədək dünyada bu qəbildən cəmi iki platforma inşa olunmuşdur və onlar hazırda Şimal dənizində Böyük Britaniyanın kontinental şelfində istismar edilir.
Platformanın qazma qurğularının 3 kilometrdən artıq radiusda dərinliyi 7 kilometrdən çox olan quyular qazmaq imkanı da vardır. Hasilat qurğuları gün ərzində təxminən 1 milyard kubfut (28,5 milyon kubmetr) qazı və 60 min barrel kondensatı texnoloji emal edəcəkdir. Yataqdan çıxarılacaq qaz və kondensat sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunacaqdır.
“Şahdəniz” layihəsi üzrə ilk qazın Türkiyəyə 2006-cı ilin qışınadək çatdırılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]