Polis əməkdaşları Şəkidə gücləndirilmiş rejimdə xidmət aparırlar
Bakı, 18 fevral, AZƏRTAC
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Şəkidə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, məktəblərin qarşısında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Həmçinin sürücülərə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə xəbərdarlıqlar olunur.