Polis Qusarda sənədsiz silah-sursat aşkarlayıb
Bakı, 18 noyabr, AZƏRTAC
Qusar polisi sənədsiz silah-sursat aşkarlayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Qusar Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:12]
Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib
- 16.06.2026 [16:09]
Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb
- 16.06.2026 [16:03]
Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
- 16.06.2026 [15:53]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 16.06.2026 [15:44]