Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri görünür ki, Ermənistanda da müəyyən dairələrin diqqətini cəlb edib. Bu səfərlə bağlı Ermənistan daxilində aparılan kampaniyada ifadə edilən fikirlər də, əks olunan narahatlıqlar da bunun təsdiqidir. Bu, bizim üçün gözlənilməz deyil. Uzun illər torpaqlarımız ermənilər tərəfindən işğal altında saxlanılıb və həmin ərazilərdə vandalizm aktları həyata keçirilib. Maddi-mədəni, dini abidələrimiz dağıdılıb, tarixin saxtalaşdırılmasına cəhdlər göstərilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq hesab edir ki, diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə səfəri, onların dağıdılmış abidələrlə, eyni zamanda, tarixin saxtalaşdırılması istiqamətində mövcud olan bəzi nümunələrlə tanış olmaları erməniləri narahat edir. Çünki Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomüsahibədə...