Politoloq: Prezident İlham Əliyevin çıxışı regiondan kənarda da böyük əks-səda doğurur VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin dünən dini liderlərlə görüşündə çıxışı təkcə regionumuzda yox, bölgədən kənarda da kifayət qədər böyük əks-səda doğurur. Çünki Azərbaycan çox həssas, eyni zamanda, əlverişli bölgədə yerləşir. Burada həm İslam, həm türk, həm də Qafqaz amilinin bir-biri ilə üst-üstə düşməsi Azərbaycanın rolunu müstəsna şəkildə əhəmiyyətli edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Azərbaycan illərdir bu üç əsas regional elementi özündə ehtiva edən siyasət həyata keçirməyə müvəffəq olub.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomüsahibədə.