Polşa ordusunda yeni piyada diviziyası formalaşdırılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Polşa Müdafiə Nazirliyi yeni piyada diviziyasının formalaşdırıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak Varşava yaxınlığında yerləşən Nove-Miasto-nad-Pilicą şəhərində 8-ci piyada diviziyasının formalaşdırılması barədə qərarı imzalayıb. Yeni hərbi birləşmənin qərargahı həmin şəhərdə dislokasiya olunacaq.
Nazir qeyd edib ki, dörd komponentli model əsasında yaradılan diviziyaya iki mexanikləşdirilmiş briqada, motoatıcı briqada, artilleriya briqadası, maddi-texniki təminat polku, tank əleyhinə birləşmə, zenit polku, komanda taboru, kəşfiyyat taboru və kimya qoşunları taboru daxil ediləcək. Mariuş Blaşakın sözlərinə görə, yeni qoşun birləşməsi ən müasir texnika ilə silahlanacaq.
Xatırladaq ki, Polşanın müdafiə naziri 2035-ci ilədək Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılaraq 300 minə çatdırılacağını elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]