POLŞA RESPUBLİKASI PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan-Polşa münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, dost ölkələrimiz arasında əlaqələrin hərtərəfli genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 aprel 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]