POLŞA ZAVODU XƏZƏR NEFTİNİ EMAL EDƏCƏK
Qdanskdakı neftayırma zavodunun sahibi – Polşanın “Lotos” şirkəti 2005-ci ilədək Odessa-Brodı boru kəməri ilə ildə 3 milyon ton Xəzər nefti nəql etmək barədə “Ukrtransneft” Açıq Səhmdar Cəmiyyəti ilə niyyət protokolu imzalamışdır. Odessa-Brodı neft kəməri Polşanın Plotsk şəhərinədək çəkilib qurtardıqdan sonra “Ukrtransneft” Xəzər neftinin nəqlinə başlayacaqdır. Belə ki, Plotskdan Qdanskadək neft kəməri artıq mövcuddur. Odessa-Brodı xəttinin umumi uzunluğu 674 kilometr, 2001-ci ilin axırlarında istifadəyə verilmiş “Yujnı” terminalının tutumu isə ildə 9 milyon tondur. Nəzərdə tutulduğuna görə, terminalın tikintisi tam başa çatdırıldıqdan sonra onun tutumu 45 milyon ton təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]
Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb
- 23.09.2026 [11:20]
AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib
- 23.09.2026 [11:16]