POLŞADA ABŞ-IN RAKETDƏNMÜDAFİƏ OBYEKTLƏRİNİN YERLƏŞDİRİLMƏSİ HAQQINDA POLŞA-AMERİKA MÜQAVİLƏSİ İMZALANACAQ
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, avqustun 20-də Varşavada Polşada ABŞ-ın raketdənmüdafiə obyektlərinin yerləşdirilməsi haqqında Polşa-Amerika müqaviləsi imzalanacaqdır. Müqaviləni Polşa tərəfindən xarici işlər naziri Radoslav Sikorski, Amerika tərəfindən isə ABŞ-ın dövlət katibi Kondoliza Rays imzalayacaqlar.
Müqaviləyə əsasən, ABŞ Polşada raketdənmüdafiə sisteminin 10 raketi üçün baza tikmək imkanı qazanacaqdır. Bazanın tikintisinə bu ilin sonunda Redzikovo qəsəbəsində başlanacaq və 2014-2016-cı illərdə başa çatacaqdır.
Ərazidə Amerika bazasının yerləşdirilməsinə razılıq verməsinin əvəzində Vaşinqton Polşaya 96 ədəd “Petriot-2” hava hücumundan müdafiə raketi verəcəkdir. Onlara xidmət edəcək ABŞ hərbçiləri üçün Polşada ikinci Amerika bazası tikiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]