Polşanın kulinariya portalında kükü təsvir olunub
Varşava, 19 may, AZƏRTAC
Polşanın “blogowisko.net” kulinariya portalında Azərbaycan mətbəxindən olan kükü barədə məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə vegetarianların zövqünü oxşayacaq və turistlərin də sevdiyi kükünün iki variantda bişirilmə qaydası izah olunub. Qeyd olunub ki, azərbaycanlıların, həmçinin turistlərin sevdiyi bu tərəvəz yeməyi vegetarianlar üçün böyük tapıntıdır. Xüsusən bildirilir ki, azərbaycanlılar bu yeməyin yanında mütləq təzə dəmlənmiş çay da içirlər. Polşalı turistlərin bu yeməyi Azərbaycana gedib dadmaları tövsiyə edilib.
Məqalədə digər tərəvəz yeməyi olan pomidor çığırtması barədə də məlumat verilib. Bildirilib ki, hər iki xörək həm səhər yeməyi, həm də nahara və ya şama hazırlanan yüngül yeməkdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]