Poltava Şəhər Şurasının deputatları erməni kilsəsinin tikintisinə etiraz ediblər
Kiyev, 15 avqust, AZƏRTAC
Poltava Şəhər Şurasının deputatları şəhərin mərkəzində erməni kilsəsinin tikilməsinə etiraz ediblər.
AZƏRTAC xəbər verir ki, “Urartu” cəmiyyəti Poltavanın mərkəzində Erməni Apostol Kilsəsi tikmək istəsə də, şəhər deputatları bunun əleyhinə çıxıblar.
Şəhər şurasının tikinti və arxitektura daimi komissiyasının iclasında deputatlar şəhərin mərkəzində Erməni Apostol Kilsəsinin tikintisi üçün torpağın ayrılmasına dair müraciətin əleyhinə səs veriblər. Onlar hesab edirlər ki, həmin ərazidə, yəni Sennoy və Puşkin küçələrinin kəsişməsində kifayət miqdarda dini məbədlər - pravoslav kilsəsi və məscid var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]