Portuqaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili minibatut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışda təmsil edəcək idmançılar məlum olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda tamblinq növündə 4 gimnast iştirak edəcək. Bunlar Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə və Aleksey Karataşovdur.
Yarışda azərbaycanlı hakim Rahib Əliyev də ədalət təmsilçisi olacaq.
Qeyd edək ki, turnir iyulun 11-dən 13-dək davam edəcək.