Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusunda “dəyirmi masa” maraqlı diskussiyalarla yadda qalmışdır

Bakı, 5 oktyabr (AZƏRTAC). İkinci Bakı Beynəlxalq Humanitar Forumunun “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusunda “dəyirmi masa”sı maraqlı diskussiyalarla yadda qalmışdır.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovanın, Rumıniyanın Buxarest Yazıçılar Assosiasiyasının prezidenti Horia Qarbeanın və Rusiyanın Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Ramil Qarifullinin həmsədrliyi ilə keçən “dəyirmi masa”nın birinci bölmə iclasında “Postmodernizm dövründə şəxsiyyətin reinterpretasiyası” mövzusunda çıxışlar olmuşdur.

Tədbiri açan Jalə Qəribova mövzunun müasir dövrümüzdə xüsusi aktuallıq kəsb etdiyini bildirmişdir. XXI əsrdə postmodernizmin həyatımızın bütün sahələrinə təsir göstərdiyini qeyd edən Jalə Qəribova onun sərhədlərinin getdikcə daha da genişləndiyini vurğulamışdır.

Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos “Olimpizm əbədi ənənəvi dəyərlər sistemi kimi” mövzusunda çıxış edərək bildirmişdir ki, Olimpiada irqindən, dilindən, dinindən asılı olmayaraq fərqli mədəniyyətləri təmsil edən xalqların nümayəndələrini birləşdirir. Təkcə idmanla məhdudlaşmayan və bütün bəşəriyyəti əhatə edən Olimpiya hərəkatı ayrı-seçkiliyə, düşmənçiliyə qarşı çıxır, beləliklə də mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır.

Bolqarıstanın sabiq Prezidenti Jelyu Jelev mövzunun əhəmiyyəti haqqında danışmış, ümumiyyətlə Bakı Forumunun bütün “dəyirmi masa”larının müasir dövrümüzün həlli vacib məsələlərinə həsr olunduğunu bildirmişdir.

Humanitar Forumun və onun bölmə iclaslarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə iştirakçılar adından minnətdarlığını bildirən Jelju Jelev demişdir ki, son dövrlərdə dünyada mədəniyyətlərin, mədəni irsin qorunması və inkişafı sahəsində bir sıra mühüm addımlar atılmışdır.

Azərbaycanda mədəniyyət sahəsində əldə edilmiş uğurlara diqqəti cəlb edən Bolqarıstanın sabiq Prezidenti bildirmişdir ki, ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıq yüksək səviyyədədir. Bu yaxınlarda dahi sənətkar Müslüm Maqomayevin yubileyi keçirilərkən biz bir daha gördük ki, onun yaradıcılığı təkcə azərbaycanlılar tərəfindən deyil, bolqarlar, eləcə də digər xalqlar tərəfindən də çox sevilir.

Rusiyanın Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Ramil Qarifullin “Nanopsixologiya və postmodern psixologiya insanlığın qlobal problemlərinin yeni komponenti kimi”, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin “Avrasiya dialoqu” platformasının sədri Vladimir Sergiyçuk “Cəmiyyətlər, mədəniyyətlər və icmaların dialoqu”, Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndələri Samir Həmidov “Müasir proseslər reallığın simulyasiyası kimi: obrazlar və biz”, Qorxmaz Mustafayev “Postmodernizm və onun cəmiyyətin həyatında rolu” mövzularında çıxış edərək bildirmişlər ki, postmodernist situasiya özünün və başqalarının mədəni dəyərlərini görmək və onlara malik olmağın yeni təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bütöv bir baxışın yaradılmasına kömək edir, ümumbəşəri mədəniyyətin formalaşmasına imkan yaradır. Natiqlər Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən də danışmışlar.

Sonra Avstriya Ali Məhkəməsinin keçmiş sədri Yohan Reşutun, Roma İncəsənət Universitetinin direktoru Fabio Moncellinin və “Helikon Opera” Moskva Musiqi Teatrının bədii rəhbəri Dmitri Bertmanın həmsədrliyi ilə keçirilən “İntermediallıq mədəniyyətlərarası diffuziyanın mexanizmi kimi” adlı ikinci bölmə iclasında çıxışlar olmuşdur.

Bu bölmə iclasında Alfio Moncellinin “İncəsənət bu gün: emosiya və rasionallıq”, ADU-nun nümayəndələri Svetlana Cəbrayılovanın “Əbədi caz narrativi Amerika postmodern romanının mühüm komponenti kimi”, Ədalət Abdıyevanın “Mədəniyyətlərarası diffuziya mədəniyyət dialoqunun spesifik mexanizmi kimi”, Həmidə Əliyevanın “Arxetip bədii mətndə intersemiotikliyin əsası kimi” mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə qloballaşan dünyada çoxmədəniyyətlilik, mədəniyyətdə modernləşmənin təzahürlərindən danışılmışdır. Bildirilmişdir ki, postmodernist mədəniyyət dünyada hələ də tam təşəkkül tapmamışdır. Bu məsələ ilə əlaqədar alimlərin, filosofların fikirlərini dinləmək isə çox maraqlıdır.

“Dəyirmi masa”nın “Müasir dünya gerçəkliyində humanitar və mədəni transformasiyalar” mövzusunda sonuncu bölmə iclası Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun, London Diplomatiya Akademiyasının mədəniyyətlərarası kommunikasiya proqramının direktoru Debor Svallounun və Ankara Universitetinin kafedra müdiri Ertan Gökmənin həmsədrliyi ilə keçirilmişdir.

Bölmə iclasında Keniyanın UNESCO yanında daimi nümayəndəsi Meri Mbrio Ximulu “Postmodernist mədəniyyətin ənənəvi dəyərlər sistemi”, ADU-nun nümayəndələri Sevdagül Əliyeva “Müstəqillik dövründə Azərbaycanın milli mədəniyyəti və mədəniyyət siyasətinin transformasiyası”, Fəridə Səfiyeva “Azərbaycan ədəbiyyatında postmodernizm” mövzularında məruzələrlə çıxış etmişlər. Natiqlər bildirmişlər ki, hər bir dövlətin gələcəyi gənclərin elmə, təhsilə fəal cəlb olunması ilə sıx bağlıdır. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülmüşdür.

Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyillərin mənfi təzahürləri barədə fikirlər səslənmişdir.

Müzakirələrə yekun vuran Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə örnək olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsi ənənə halını almışdır.

Bakının humanitariyanın paytaxtı kimi tanındığını bildirən Mixail Şvıdkoy elm və mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin müsbət bəhrə verəcəyinə əminliyini ifadə etmişdir.

Mixail Şvıdkoy Forumun, eləcə də bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin deyil, əlaqələrin hərtərəfli inkişafına da böyük töhfə verəcəyinə əminliyini bildirmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim