Azərbaycan Dövlət İnformasiya Agentliyi

Postsovet məkanının zumerləri Qərbdəkilərdən fərqlənirlər - qırğızıstanlı sosioloq

Postsovet məkanının zumerləri Qərbdəkilərdən fərqlənirlər - qırğızıstanlı sosioloq

Bakı, 12 avqust, AZƏRTAC

Millennial və zumerləri hazır xarakteristikalarla bir-birindən ayırmaq mütləq qaydada olmamalıdır. Biz hamımız qavrayışımızı asanlaşdırmaq üçün təbiətcə ətrafımızdakı insanları və hadisələri müəyyən kateqoriyalara ayırmağı sevirik. Lakin həyatda hər şey dəqiq şəkildə ağ və ya qara deyil, xüsusilə də bu məsələdə. Qlobal trendlərdən kənara çıxaraq konkret cəmiyyətlərə və ölkələrə nəzər saldıqda mənzərə daha mürəkkəb və maraqlı görünür.

Bunu qırğız sosioloq Ayzat İbrayeva AZƏRTAC-a müsahibəsində deyib.

Ailə qarşısında öhdəliklə maliyyə sabitliyi arasında

Öz ölkəsi Qırğızıstandakı, eləcə də daha geniş mənada postsovet məkanındakı müşahidələrinə əsaslanan sosioloq hesab edir ki, hər bir ölkənin özünəməxsus şəraiti və xüsusiyyətləri var. “Burada hazırda çox geniş yayılan “zumerlər işi deyil, özlərini seçirlər” fikrini sadəcə söyləmək olmaz.

Əvvəla, kollektivist mədəniyyətin və ailə bağlarının güclü təsirini nəzərə almaq lazımdır. Gənc insan çox vaxt müstəqil və ayrıca bir fərd kimi mövcud olmur, onun seçimləri yaxınları qarşısında daşıdığı öhdəliklərlə məhdudlaşır. Bişkekdə yaşayan zumer mücərrəd korporativ missiya naminə daha az “alışıb-yanır”, lakin valideynlərinə, qardaş və bacılarına kömək etdiyi üçün çox işləyəcək. Yəni zumer artıq çox vaxt status və ya şirkət, yaxud hansısa mücərrəd meqaideologiya naminə deyil, öz sosial çevrəsi naminə işləyir. Motivasiya fərqlidir, lakin gərgin əmək heç də yoxa çıxmır, sadəcə başqa emosional çalar qazanır.

İkincisi, iqtisadi kontekstdir. Məsələ işlə şəxsi həyat arasında balans yaratmaqdan (work-life balance – red.) deyil, ilkin maliyyə ehtiyatı formalaşdırmaqdan və sağ qalmaqdan gedirsə, işin məna yükü barədə söhbətlər imtiyaz kimi görünə bilər. Burada gənc mütəxəssislər çox vaxt Qərbdə yüksək maaş əvəzinə rahatlığı seçməyə imkan verən təhlükəsizlik təminatından məhrumdurlar. Buna görə də nəticədə paradoksal bir birləşmə ilə qarşılaşmaq mümkündür, belə ki, gənc insan zumerlərə xas şəkildə frilans işi, məsafədən işləməyi və rəqəmsal platformaları mənimsəyir, eyni zamanda milleniallara xas şəkildə gəlir və sabitlik əldə etməyə möhkəm can atır. Yəni mühitə daha praqmatik uyğunlaşma baş verir.

Üçüncüsü, tarixi təcrübədir. Yaşlı nəsillər sistemin dağılmasını və inandıqları hər şeyin dəyərdən düşməsini yaşayıblar. Onlar övladlarına çox vaxt etibarlı peşə, sabit gəlir və çörək pulu qazanmaq kimi fikirləri aşılayıblar. Z nəslinin nümayəndələri burada əlaqələr, qarşılıqlı yardım və çoxfunksiyalılıq vasitəsilə sağ qalmağa yönəlmiş düşüncə ilə böyüyürlər. Bu, Skandinaviya və ya ABŞ-dakı yaşıdlarının dünyagörüşündən tamamilə fərqli mənzərədir.

Buna görə də nəsillərlə bağlı etiketlər yalnız söhbətə başlamaq üçün bir vasitə kimi, məsələn, “milleniallar belədir, zumerlər isə belə” şəklində işləyir. Mədəniyyəti, yerli tarixi və iqtisadiyyatı nəzərə aldıqda isə reallığın qarışıq, mürəkkəb və heç də ağ-qara olmadığı üzə çıxır. Gəncləri nəyin hərəkətə gətirdiyi sualının cavabını da həmişə konkret məkan və kontekst nəzərə alınmaqla axtarmaq lazımdır, qlobal şablona sadəcə uyğunlaşdırmaqla kifayətlənmək olmaz”, – deyə Ayzat İbrayeva izah edib.

Gənc mütəxəssisləri əslində nə motivasiya edir?

Maliyyə motivasiyasına və gəlir, məna və rahatlıq arasında seçimə gəlincə, qırğız sosioloq qeyd edir ki, burada da universal düstur yoxdur. “Mənə elə gəlir ki, bizim şəraitdə tələbatlar piramidası prinsipi işləyir. Gənc mütəxəssisin əsas təhlükəsizlik ehtiyacları (mənzil, ailəyə kömək, sadəcə sabitlik) təmin olunmayana qədər, bütün insanlarda olduğu kimi, maliyyə motivasiyası üstünlük təşkil edir. Lakin bu, minimum həddə çatıldıqdan sonra digər amillər həqiqətən də ön plana çıxır. Bununla belə, bizdə “məna” axtarışı Qərbdəkindən fərqli görünə bilər. Bu, daha çox öz çevrəsi üçün aşkar fayda əldə etmək, məsələn, yeni üsullar və ideyalar təklif etməklə yanaşı, bacarıqlarını tətbiq etmək imkanıdır. Rahatlıq da vacibdir, lakin bu, çox vaxt ofisdə yumşaq pufiklərin olması kimi deyil, işi yaxınlarının qayğısı, öz ideyalarının həyata keçirilməsi və ya paralel layihələrlə bir araya gətirməyə imkan verən çeviklik kimi başa düşülür. Buna görə də deyərdim ki, pul söhbətin başladığı təməldir. Lakin təməl varsa, iş mənasız və ya zəhərlidirsə, mütəxəssisin orada qalıb-qalmayacağı məsələsinə gəlincə, böyük ehtimalla qalmayacaq. Yalnız ailə qarşısında ciddi məsuliyyət istisna ola bilər”, – deyə o bildirib.

Nəsillər bir-birindən nə öyrənə bilər və dialoqa nə mane olur

Ayzat İbrayeva nəsillərin biri-birindən öyrənə biləcəyinə əmindir. “Bizim cəmiyyətdə də bu bilik və təcrübə ötürülməsi, ola bilsin ki, hətta Qərbdəkindən daha intensiv şəkildə baş verir. Sadəcə, bu proses çox vaxt formal korporativ mühitdə deyil, həyatın özündə gedir. Yaşlı nəsil sağ qalmağı və heç nədən nəsə qurmağı bacarır. Bunu universitetdə öyrətmirlər. Gənc nəsil isə öz növbəsində rəqəmsal savadlılığı, mümkün olanların sərhədlərinə yeni baxışı (xarici şirkətlər üçün məsafədən işləmək, onlayn təhsil) və ən əsası, “sistem” qarşısında daha az qorxunu, yeni şeyləri sınamağa isə daha böyük hazırlığı özü ilə gətirir”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

Sosioloqlun fikrincə, dialoqa, ilk növbədə, ənənələrdə kök salmış iyerarxiya mane olur. “Bizim bir çox ailə və kollektivlərdə hələ də kiçiyin böyüyə nəsə öyrətməsi və ya onun təcrübəsini açıq şəkildə şübhə altına alması qəbul edilmir. İkincisi, sabitlik anlayışının fərqli olmasıdır. Yaşlılar uğuru çox vaxt daimi iş yeri, mənzil və təsərrüfat sahibi olmaqda görürlər. Gənclər isə ətraflarındakı qeyri-sabitliyi görərək sabitliyi tez bir zamanda yenidən öyrənmək və fəaliyyət sahəsini dəyişmək bacarığı kimi başa düşürlər. Böyük “bir az səbr et və özünü möhkəmləndir” deyəndə, kiçik isə inkişaf etmək naminə bir ildən sonra işini dəyişəndə, bu, qarşılıqlı anlaşılmazlığa səbəb olur”, – deyə o bildirib.

Müəllif – Leyla Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH