Praqada keçirilən «All Stars Cup» turnirinə yekun vurulub
Bakı, 20 iyun, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib. 9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” əvvəlcə Çexiyanın “Fastav Jlin” klubu ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penalti zərbələrini daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəliblər - 5:4. Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə komandamız penaltilərlə qalib gəlib - 6:5. Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub. Turnirin qalibi adına isə finalda Almaniyanın “Herta” klubuna 2:0 hesabı ilə qalib gələn İspaniyanın “Barselona” komandası yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]