Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur

Bakı, 13 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Ölkələrin və turizm istiqamətlərinin müxtəlifliyinə görə bu, rekord göstəricidir.

Bildirildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Builki sərgi “Bütün dünya-bir sərgi” devizi altında keçirilir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu.

Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, milli motivlərlə zəngin olan bu stend Azərbaycan xalqının qonaqpərvərliyini əks etdirir. Burada genişləndirilmiş “GoMap.az” elektron onlayn naviqatorunun rəsmi təqdimatı da keçirildi. Onlayn naviqatora ilk dəfə Gürcüstanın da elektron xəritəsi daxil edilmişdir. Bu xəritədə Azərbaycan və Gürcüstan ərazisində mədəni, tarixi obyektlərə rahat şəkildə gedib çıxmağa imkan verən məlumatlar vardır.

Qeyd edildi ki, Dünya Turizm Təşkilatının sərgidə ayrıca stendlə çıxış etməsi bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mühüm göstəricilərindən biridir.

Prezident İlham Əliyev “Gilan” turizm şirkətinin stendi ilə də tanış oldu. Bildirildi ki, bu şirkət hazırda Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən “Gilan” MMC-yə məxsusdur.

Diqqətə çatdırıldı ki, “Four seasons Hotel Baku”nun stendi bulvarın yaxınlığında yerləşən bu otelin imkanlarını nümayiş etdirir. İnşası davam etdirilən bu otel Bakının tarixi zənginliyi və müasirliyi ilə həmahəngdir.

Azərbaycan Prezidenti sərgidə Dubay stendinə də baxdı. Bu stenddə Dubay Əmirliyində turizm sektorunun planlaşdırılması, idarə olunması və inkişafı üzrə məlumatlar əksini tapmışdır. Dövlətimizin başçısına Dubayda Azərbaycan haqqında ingilis və ərəb dillərində nəşr edilən jurnal təqdim edildi. Bu jurnalda da Azərbaycanın turizm imkanları haqqında məlumatlar əksini tapmışdır.

Məlumat verildi ki, sərgidə təmsil olunan “Çex turizm” şirkəti Çexiyada jurnalistlər, səyahət agentlikləri və bu sahənin digər mütəxəssisləri ilə təmas quraraq onlar üçün tanışlıq səfərləri təşkil edir.

Dövlətimizin başçısı Hindistana məxsus stendə də baxdı. Fərqli adət-ənənələrin, vəhşi təbiət və ekosistemlərin heyranedici kaleydoskoplarının yerləşdiyi Hindistan turistləri ən çox cəlb edən ölkələrdəndir.

Diqqətə çatdırıldı ki, builki sərginin daha bir özəl xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunmuşdur. Rusiyanın Stavropol diyarının stendində müxtəlif xəstəliklər sahəsində sanatoriya müalicəsi üzrə özünəməxsus metodlarla məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıe vodı kimi kurort-şəhərlərin təklifləri ilə tanış olmaq mümkündür.

Gürcüstana məxsus stendlə tanışlıq zamanı bildirildi ki, bu dövlətin Milli Turizm Administrasiyasının məqsədi ölkəni dünya miqyasında turizm məkanı kimi təbliğ etməkdir.

Sərgidə müalicə turizmi istiqamətində fəaliyyət göstərən bir sıra debütantlar da təmsil olunur. Onların arasında Litvanın Milli SPA Assosiasiyası da vardır. Burada Prezident İlham Əliyevə Litvadakı müalicə kurortları, müalicəvi palçıqlar haqqında məlumat verildi.

Sloveniya stendinə baxan dövlətimizin başçısının diqqətinə bu ölkənin kurortları və orada göstərilən xidmətlər barədə məlumat da çatdırıldı. Bu stenddə termik müalicəvi SPA və sağlamlıq kurortları, dəniz sahilində məzuniyyət, xizək mərkəzləri və digər qış kurortları haqqında informasiyalar əksini tapmışdır.

Bildirildi ki, “AİTF-2012” sərgisində qonaq ölkə qismində Bolqarıstan iştirak edir. Bu ölkəyə məxsus stenddə Bolqarıstanda kurort və müalicəvi istirahətin bütün xüsusiyyətlərindən bəhs edilir.

Məlumat verildi ki, sərgidə dünyanın aparıcı aviaşirkətləri də təmsil olunur. Regionun ən böyük aviaşirkəti olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də burada xidmətlərini təqdim edir. Beynəlxalq uçuş təhlükəsizliyi standartlarına cavab verən “Azərbaycan Hava Yolları” keyfiyyətli xidməti və genişmiqyaslı uçuş coğrafiyası ilə də diqqəti cəlb edir.

Bildirildi ki, ardıcıl olaraq 3-cü ildir sərginin tərəfdaş ölkəsi qismində çıxış edən Türkiyə öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edir.

Qeyd olundu ki, “AİTF-2012” hər il dünya turizm sənayesinin nümayəndələrini bir araya gətirir və Azərbaycanın müasir turizm infrastrukturu sahəsində nailiyyətlərini nümayiş etdirir.

Turizm sənayesinin mütəxəssisləri və qonaqlar bu sərgidə tur-operatorların xüsusi təklifləri ilə tanış olur, turizm marşrutları və əlverişli qiymət təklifləri haqqında məlumat əldə edirlər.

Sərgiyə aprelin 14-də yekun vurulacaqdır. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib