Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsində səsləndirdiyi fikirlər dünya mediasının gündəmində qalmaqdadır

Bakı, 20 dekabr, AZƏRTAC

Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirləri yaymaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin dünya gündəmini dərindən maraqlandıran, eləcə regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri ərəbdilli media qurumları tərəfindən də geniş işıqlandırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Nabd” portalında dərc olunan yazıda dövlətimizin başçısının Azərbaycan-Ermənistan münasibətləri haqqında fikirlərinə diqqət çəkilib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişi ilə bağlı 15 bənd üzrə razılığa gəlindiyini, 2 bəndin isə razılaşdırılmadığını qeyd edib. Bildirib ki, sülh sazişinin imzalanması üçün sərhəddə başqa dövlətin nümayəndələri və ölkələrin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır.

Tunisin “News” nəşri qeyd edir ki, Azərbaycan Prezidenti Gürcüstanda baş verən hadisələrdə Makronun da əlinin olduğunu bildirib. Vurğulayıb ki, Makron öz ölkəsində rahat durmur və Gürcüstana da əl atır.

Ərəbdilli “Addiyar” portalı isə dövlətimizin başçısının Rusiya-NATO əlaqələrinə dair münasibətinə diqqət çəkib. Portalda Azərbaycan Prezidentinin NATO-Rusiya qarşıdurmasının dünya üçün çox fəlakətli nəticələrə səbəb olacağı barədə fikrini xüsusi vurğulayıb: “Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”. 

Əlcəzairin “Al Cazair Al Youm” qəzetində dərc olunan məqalədə Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun uğursuz siyasəti barədə tənqidi fikirlərinə xüsusi yer ayırıb. Dövlətimizin başçısının “...Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir” fikrinin sitat gətirildiyi məqalədə Prezident İlham Əliyevin diktatura adlandırdığı Makron rejiminin daxili siyasəti, eləcə də Mayotda və Yeni Kaledoniyada neomüstəmləkəçi addımlarını sərt tənqid etdiyi, Parisin böyük diplomatik uğursuzluqlar yaşadığını qeyd etməsi vurğulanıb.

Misirdə yayımlanan “Al Vasat Al Arabi” nəşri isə dövlətimizin başçısının Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün Qərb dövlətlərindən, xüsusən ABŞ-dan siqnal gözləməsi, həmçinin Makronun uğursuz siyasəti ilə bağlı fikirlərinə yer verib.

Türkiyənin Anadolu Agentliyində, “Yeni Şafak”, “Daily Sabah” qəzetlərində, “Turkish Minute” nəşrində İndoneziyanın “Islam Times”, “Islam Today” portallarında, Krım Xəbər Agentliyində, İranın Mehr Agentliyində, eləcə də Stratfor Fondunun saytında, həmçinin “usmuslims.com”, “eadaily.com portallarında yer alan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı barədə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə dövlətimizin başçısının iki qardaş ölkə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyəyə çatdığı, ölkələrimiz arasında Müttəfiqlik haqqında Bəyannamənin imzalandığı, Azərbaycan Ordusunun Türkiyə ordusu nümunəsində modernləşdirilməsi, birgə hərbi təlimlərin uğurla təşkil olunması barədə fikirlərinə geniş yer verilib. Bununla yanaşı, yazılarda Azərbaycan Prezidentinin ölkəmizin ərazisində Türkiyənin hərbi bazasının yaradılmasına lüzum qalmaması barədə fikri xüsusilə ön plana çıxarılıb.

Prezident İlham Əliyevin fikirləri Serbiya mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “Vaseljenska” saytı dövlətimizin başçısının Cozef Borreli Azərbaycandan uzaq durmağa çağırdığı, Ermənistanla bağlı, eləcə də Gürcüstandakı mövcud siyasi vəziyyətə toxunduğu, ölkəmizlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını vurğuladığı bildirilir.

Azərbaycan Prezidentinin Cozef Borrellə bağlı bu fikirlərinə yer verilib: “Borreldən sitat gətirmişəm ki, o, Avropanın çiçəklənən bağ, qalanların isə cəngəllik olduğunu bildirib. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq durun. Ümumiyyətlə, Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

Həmçinin Prezident İlham Əliyevin Gürcüstandakı mövcud siyasi vəziyyəti Qafqaz uğrunda döyüşün tərkib hissəsi kimi qiymətləndirdiyi qeyd olunub: “Ermənistanın haraya getdiyi aydındır. O, mahiyyətcə KTMT-dən de-fakto çıxıb. Bizim yoxlanılmış məlumatlarımıza görə, onların de-yure çıxmamasının səbəbi hələ Dövlət Departamentindən təlimat almamalarıdır. Bunu alan kimi, onlar çıxacaqlar. Azərbaycan müstəqil aktordur və kifayət qədər ixtisaslaşıb, özünü müdafiə edə bilir. Ona görə də Gürcüstan Qafqaz uğrunda döyüşlərdə mühüm amildir”.

“Centralasia.media” portalında və Malayziyanın “The Sun” nəşrində dərc olunan məqalələrdə dövlətimizin başçısının Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində 40 nəfərlik məhdud kontingentinin olacağı məsələsinin razılaşdırıldığı, lakin sonradan Azərbaycanla razılaşdırılmadan bu missiyanın müddətinin uzadılması barədə fikrinə də yer verilib: “...arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu”.

“Centralasia.media” nəşri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində 17 mübahisəli məsələdən 15-nin artıq razılaşdırıldığını vurğuladığı qeyd olunub. Bundan başqa, Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələr axtardığını və Vaşinqtondan siqnal gözlədiyini qeyd etməsi xüsusilə vurğulanıb.

“Ukraina.ru”, “1tv.ge”, “Dailymoscow.ru”, “Sila-rf.ru”, “Turkic.world” saytları Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Cosef Borrelin Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatması barədə fikrini xatırladan Prezident İlham Əliyevin aşağıdakı fikrini sitat gətirib: “...Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib”.

Şərqi Avropa, Mərkəzi Asiya, Afrika və Yaxın Şərqin iqtisadi, siyasi həyatı ilə bağlı xəbərlər yayımlayan “IntelliNews” nəşrində dərc olunan məqalədə Prezident İlham Əliyevin müsahibədə Fransanın Ermənistanı silahlandırması, Qərb dövlətlərinin Cənubi Qafqazda sabitliyin pozulması ilə bağlı cəhdləri barədə fikirləri ətraflı təhlil olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanda bəzi regionlarda nadir hal olan milli köklərə və ənənəvi dəyərlərə sadiqliyin güclü olması və bəşəriyyət üçün təhlükəli olan bu tendensiyanın qarşısının alınmasının vacibliyi barədə fikirləri diqqətə çatdırılıb: “Dünyada gördüyümüz tendensiyalar, o cümlədən Trampın Prezident seçilməsi məhz onu göstərən amildir ki, o, elə bizimlədir. Necə deyərlər, ənənəvi dəyərlərə münasibətdə bir qayıqdayıq. Zənnimcə, bəşəriyyət üçün fəlakətli olan tendensiyanı tərsinə çevirə biləcəyik, bax bu, pozğunluq, nümayişkaranə iblislik ki, biz onu Paris Olimpiadasının açılışında gördük. Bu halların qarşısı alınmalıdır”.

Gürcüstanın “Civil.ge”, “Sakartvelosambebi.ge”, “Interpressnews.ge” portalları Prezident İlham Əliyevin Gürcüstanda baş verən hadisələrdə Emmanuel Makronun da əli olduğunu qeyd etməsi, hazırda qonşu ölkədə vəziyyətin sabitləşməsi barədə fikirləri geniş işıqlandırılır: “Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin... Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”.

“Moldova-news.com” portalı Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Rusiya əməkdaşlığı, rus dilinin dəyəri, NATO ilə Rusiya arasında müharibə ehtimalı, Fransanın neokolonializmindən, bölgədə vəziyyət, Ermənistan ilə sülh danışıqları və digər məsələlər barədə fikirlərini geniş işıqlandırıb.

“Biz.nv.ua” portalında dərc olunan məqalədə Prezident İlham Əliyevin zəngin enerji potensialına malik Azərbaycanın başqa enerji mənbəyinə ehtiyacı olmadığı barədə fikri diqqətə çatdırılıb. Buna baxmayaraq, dövlətimizin başçısının elmi məqsədlərlə kiçik reaktorların imkanlarının öyrənilməsi barədə tapşırıq verdiyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik