Prezident Rəcəb Tayyib Ərdoğan: Millətimiz necə arzu edirsə, elə bir Konstitusiya istəyirik
Ankara, 24 mart, AZƏRTAC
Türkiyənin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı müzakirələr həm öz tariximizin, həm də müasirləşən dünyanın qəbul etdiyi şərtlər çərçivəsində tələb olunan reallıqdır. Millətimiz necə Konstitusiya arzu edirsə, biz də elə bir Konstitusiya istəyirik. Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, sözün əsl mənasında, millətin Konstitusiyası olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayındakı çıxışında deyib.
Qeyd edək ki, Türkiyədə “Cümhur İttifaqı” siyasi blokunda yer alan AKP ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumi razılığa gəliblər. Ölkə qanunvericiliyinə görə, yeni Konstitusiya ümumxalq səsverməsi - referendum yolu ilə qəbul ediləcək. Hakimiyyət bəyan edib ki, yeni Əsas Qanun ölkənin bütün təbəqələrinin maraq və hüquqlarına cavab verməlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]