PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edərək, Gürcüstanın Baş naziri Zurab Jvaniyanın faciəli vəfatı ilə bağlı başsağlığı vermişdir.
Söhbət zamanı Prezident İlham Əliyev Zurab Jvaniyanın Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirmişdir. Dövlətimizin başçısı onun başsağlığının mərhumun ailə üzvlərinə və qohumlarına çatdırılmasını xahiş etmişdir.
Gürcüstanın Prezidenti Mixail Saakaşvili başsağlığına görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirmişdir.