RƏSMİ XRONİKA
PREZİDENTİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
İyunun 27-də Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulamışlar. Prezidentlər Azərbaycanla Gürcüstanın qlobal enerji layihələrinin həyata keçirilməsində fəal iştirakının regional əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirmişlər.
Gürcüstan və Azərbaycan prezidentləri qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.