CƏMİYYƏT
Profilaktik tədbirlər nəticə verir — odlu silahlar və partlayıcılar könüllü təhvil verilir
![Profilaktik tədbirlər nəticə verir — odlu silahlar və partlayıcılar könüllü təhvil verilir](/files/2023/3/1200x630/1698826238177175541_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Babək rayon sakini bir “AK-74” markalı avtomat silahı, 131 patron və 4 patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları isə daxil olan məlumat üzrə bir RQD-5 qumbarası, 1 lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.