Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 26-da paytaxtın Yasamal rayonu ərazisində bir qrup şəxs Tbilisi prospektində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında yola çıxaraq təhlükəli vəziyyət yaradıb, avtomobillərin hərəkətini dayandırmağa cəhd göstərib. İctimai asayişin pozulmasına yönələn cəhdin qarşısı ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal alınıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər Yasamal rayonu ərazisindəki yataqxanalarda məskunlaşan, lakin mövcud qaydalar əsasında, yeni yaşayış sahəsinə köçürülməsi mümkün olmayan məcburi köçkünlərdir.

Xəbər verildiyi kimi, paytaxtın Qaradağ rayonu ərazisində bu il mayın 28-də istifadəyə verilmiş “Qobu Park-3” yaşayış kompleksində Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Köçürülmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” əsasında aparılır. Köçürülməyə hazırlıq zamanı Dövlət Komitəsinin müvafiq komissiyasının İşçi qrupu yataqxanalarda müvəqqəti qeydiyyatda olan və faktiki yaşayan hər bir məcburi köçkünə dair məlumatları araşdırıb, mövcud qaydanın tələbləri əsasında yeni yaşayış sahəsi ilə təmin ediləcək məcburi köçkün ailələrini müəyyənləşdirib.

Araşdırmalar nəticəsində bəzi məcburi köçkünlərə mövcud qərarla təsdiqlənmiş qaydalarda təsbit olunan səbəblərdən yeni yaşayış sahəsinin verilməsinin mümkünsüzlüyü aşkara çıxıb.

Belə ki, Yasamal rayonu ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanalarında, yataqxana kompleksinin həyətində, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə - yeni mənzillərə köçürülüb. Mövcud qaydalar əsas götürülərək aşağıda göstərilən səbəblərdən 161 ailəyə yeni yaşayış sahəsi verilməyib:

- Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin sakinləri olduqlarına görə - 24 ailəyə;

-müxtəlif vaxtlarda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən ev və ya mənzil aldıqlarına görə - 76 ailəyə;

- məcburi köçkün statusu olmadığına görə - 13 ailəyə;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiklərinə görə - 24 ailəyə;

Yasamal rayonunda müvəqqəti və kommunal qeydiyyatı olmadığına, ölkə xaricində olduğuna və məcburi köçkün qadının yerli sakinlə ailə qurması faktına görə - 24 ailəyə.

Yataqxanada faktiki yaşayan 46 ailə mövcud qaydalara uyğun olmayan iddialar irəli sürərək, onlara təklif olunan yeni müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina edib.

Avqustun 26-da Dövlət Komitəsinin qarşısına yığışaraq, ictimai asayişi pozmağa cəhd göstərən və ictimai davranış qaydalarına zidd hərəkətlər nümayiş etdirən şəxslərdən bəziləri haqqında məlumatları təqdim edirik.

Hüseynova Nargilə Mürsəl qızı - Füzuli rayonundan məcburi köçkündür. 2008-ci ildə həmin rayonun ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə valideynləri ilə birlikdə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin edilib.

Kazımova Nəsibə Kamil qızı - məcburi köçkün statusu yoxdur. Məcburi köçkün olan həyat yoldaşı ilə birlikdə Ağdam rayonu ərazisində 2006-cı ildə salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Aslanova Rübabə Şöhrət qızı - valideynləri ilə birlikdə ailə tərkibində Ağdam rayonu ərazisində 2014-cü ildə məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Niftəliyeva Leyla Mübariz qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Həyat yoldaşının valideynləri ilə birlikdə ailə tərkibində 2003-cü ildə Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə müvəqqəti yaşayış sahəsi ilə - evlə təmin olunub.

Məstəliyeva Ceyhunə Səməd qızı - Cəbrayıl rayonundan məcburi köçkündür. Bakı şəhərinin Yasamal rayonunda hazırda köçürülmə obyekti olan yataqxanada faktiki olaraq yaşamır.

Musayeva Gülnarə Umud qızı - məcburi köçkün kimi qeydiyyatda olduğu Füzuli rayonunda ona məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondundan ev təklif edilib. Razılaşmayıb.

Haqqında məlumat verdiyimiz şəxsləri və bu qəbildən olan 30-a yaxın məcburi köçkünü Dövlət Komitəsinin sədri Rövşən Rzayev, karantin rejiminin qaydalarına uyğun olaraq, qoruyucu vasitələrdən istifadə etmək və sosial məsafə gözləmək şərti ilə açıq havada fərdi qaydada qəbul edib dinləyib, onların hər birinə yeni yaşayış sahələrinin verilməsi qaydaları bir daha ətraflı şəkildə izah edilib. Bundan əvvəl də həmin şəxslər Dövlət Komitəsinin sədr müavinləri, aparat rəhbəri tərəfindən dəfələrlə qəbul ediliblər. Hər dəfə də “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” onlara ətraflı şəkildə izah olunubdur.

Bir daha xatırladırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən, aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir:

- müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlər;

- məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlər və onların ailə üzvləri (şəhid ailələri istisna olunmaqla);

- digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlar;

- artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələr;

- əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmış məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir.

Təəssüf doğuran hallardan biri budur ki, bəzi media qurumları məcburi köçkünlərin haqsız tələblərini heç bir araşdırma aparmadan xüsusi canfəşanlıqla ictimailəşdirir, bununla da vətəndaşlarda dövlət orqanının və onun əməkdaşlarının fəaliyyətinə şübhə və inamsızlıq yaratmaq kimi hüquqazidd əməllərə yol verirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı vətəndaşların və medianın hər bir müraciətini cavablandırmağa, istənilən məsələyə aydınlıq gətirməyə hazırdır.

Unutmayaq ki, Azərbaycan dövləti və onun başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioriteti elan edib, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO