Qadın güləşçimiz Yuliya Ratkeviç bürünc medal uğrunda görüşə çıxacaq [YENİLƏNİB]
Yuliya Ratkeviç yarımfinalda yaponiyalı Kaori İço ilə görüşdən məğlub ayrılıb. Təmsilçimiz bürünc medal uğrunda görüşə çıxacaq.
19:34
Güləşçimiz Yuliya Ratkeviç yarımfinala vəsiqə qazanıb. Dörddəbir finalda güləşçimiz Kolumbiya təmsilçisi Jaklin Ryenteriyadan üstün olub.
18:22
Bakı, 17 avqust, AZƏRTAC
Daha bir Azərbaycan güləşçisi “Rio-2016”ya qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç səkkizdəbir finalda Ukrayna təmsilçisi Oksana Herhelə qalib gəlib.