Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanla heç-heçə edib

Bakı, 28 fevral, AZƏRTAC
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma Tbilisidəki ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.
Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, oyunlar rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [23:11]
Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub
- 28.04.2025 [22:37]
Türkiyə klubu UEFA Gənclər Liqasının finalında "Barselona"ya uduzub
- 28.04.2025 [22:05]
Misli Premyer Liqası: "Neftçi" Sumqayıtda xal itirib
- 28.04.2025 [21:56]
Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi adına layiq görülüb
- 28.04.2025 [17:55]
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinin açılışı olub
- 28.04.2025 [16:57]