Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub
Bakı, 19 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən qadınlar qrupunun iclasında qadınların mənzil hüquqları, gender bərabərliyi və qərar qəbuletmə proseslərində iştirakı məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən iştirakçılar qadınlar qrupunun müxtəlif ölkələrdən olan qadınların fikir mübadiləsi aparması və prioritet məsələləri müzakirə etməsi üçün mühüm platforma olduğunu bildiriblər. Qeyd olunub ki, sessiya qadınların təcrübələrindən öyrənmək və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən “Gender Hub Azerbaijan”ın təsisçisi, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova qadınların qərar qəbuletmə proseslərində iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, qadınlar və kişilər gender bərabərliyinə nail olmaq üçün birlikdə çalışmalıdırlar.