Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Qafqaz Müsəlmanları İdarəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarını salamlayıb, Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, xalqımıza və dövlətimizə uca Allahdan xeyir-dualar diləyib.

Sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində keçirildiyini xatırladan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, bu qanlı tarix - 1918-ci ilin Mart soyqırımı Bakı şəhərində və müxtəlif bölgələrimizdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları ehtiva edir. Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Lakin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çeviriblər. Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının törədilməsi ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlının öz ata-baba yurdundan deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər - 250 mindən çox azərbaycanlının Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi oldu.

Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılmış, təhrif edilən hadisələr əsl qiymətini almışdı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Qafqazın tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyalarla birgə dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara illərdir etdiyi müraciətlərdə Azərbaycan xalqına qarşı törədilmiş ədalətsizliklərə tarixi qiymətin verilməsinə, həyata keçirilmiş qətllərin bütöv xalqa qarşı planlı surətdə reallaşdırılan soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırdığını deyən şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, bu il də birgə müraciəti məqamlarına ünvanlanıb, mətbuat vasitəsilə və Xarici İşlər Nazirliyi xətti ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

“Soyqırımı kimi bəşəri cinayətlərin bir daha heç vaxt təkrarlanmaması üçün bu müraciətlər, ədalətin bərqərar olması həddən artıq vacibdir. Şükürlər olsun ki, Azərbaycan xalqı 44 günlük haqq mübarizəsi - Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi, qəhrəman Ordusunun rəşadəti sayəsində tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi, Qarabağı erməni işğalından qurtardı. Azərbaycan xalqı müdrik rəhbərinin siyasi iradəsi ilə bu gün azad Qarabağda vaxtilə erməni faşistləri tərəfindən dağıdılmış mədəni-mənəvi irsini yenidən dirçəldir, tarixi abidələrinə və ziyarətgahlarına yeni həyat verir. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin Qarabağa hər səfəri zamanı dövlət əhəmiyyətli obyektlərin təməlinin qoyulması ilə yanaşı, dini-mənəvi abidələrin təmir, bərpa edilməsi və yenidən qurulması ilə bağlı əsaslı layihələrin gerçəkləşdirilməsinə hamı şahiddir. Biz ölkəmizdə, bölgədə, bütün dünyada sülhün, əmin-amanlığın hökm sürməsi üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu gün Ukraynada cərəyan edən hadisələrdən narahatlığımızı ifadə edir, dinc insanların həyatlarına olan təhlükənin qarşısının alınmasını vacib sayırıq. Qocalar, qadınlar, uşaqların qaçqın taleyi yaşamasına son qoyulması, humanitar fəlakətin qarşısının alınması üçün biz dini konfessiya rəhbərləri olaraq tərəfləri nifaq və qarşıdurmanı danışıqlar vasitəsilə həll etməyə çağırırıq. Bu torpaqlarda tezliklə sülhün bərqərar olması hər birimizin istəyidir”, - deyə şeyxülislam Allahşükür Paşazadə qeyd edib.

Bildirilib ki, zaman-zaman xalqımıza qarşı etnik təmizləmə, maddi və mənəvi terroru gerçəkləşdirmiş erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. UNESCO mütəxəssislərinin səfəri ertələnir. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbiristanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edir. Bu, Azərbaycana qarşı uzun illər davam etmiş ikili yanaşmanın daha bir mənfur nümunəsidir. Avropa Parlamentinin martın 10-da Azərbaycanla bağlı qəbul etdiyi, tamamilə əsassız ittiham və tələblərin əks olunduğu qərəzli qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik, ədalətin pozulmasıdır. Biz, Azərbaycandakı dini konfessiya başçıları Avropa Parlamentinin Azərbaycanla bağlı iftira xarakterli bu qətnaməsini qətiyyətlə pisləyirik.

Tədbirdə, eyni zamanda, diqqətə çatdırılıb ki, Avropa Parlamentinə ünvanlanmış bəyanatda birgə iradə ifadə edilib, Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnamənin ləğvi tələb olunub. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə sülhə, yenidənqurmaya və birgəyaşayışa töhfə verməyə çalışmaq əvəzinə ədalətsiz yanaşmaların davam etdirilməsi qəbuledilməzdir.

Dünya ictimaiyyətinin Azərbaycanın haqlı iddialarını - ədaləti dəstəkləyən dövlətlərə və beynəlxalq qurumlara təşəkkürünü ifadə edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Pakistanda keçirilən tədbirində Ermənistanın Azərbaycana təcavüzünə dair qəbul olunmuş 4 qətnamə bütün dünya üçün bəşəri ədalət nümunəsidir. Həmin sənədlərdə, özəlliklə, işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə xüsusilə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.

Vurğulanıb ki, ermənilər Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, işğal dövründə Qarabağ torpaqlarında və vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsi nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalı, 4 minə yaxın əsir, itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirməlidirlər. Azad olunmuş ərazilərimizdə bu gün kütləvi məzarlıqlar aşkar olunur, üstü açılmamış cinayətlərin izləri üzə çıxır. Azad olunmuş ərazilərimizin ermənilər tərəfindən minalanmış vəziyyətdə olması, yandırılmış torpaq siyasəti kimi müharibə cinayəti törədilməsi səbəbindən yerli əhalinin doğma torpaqlara qayıdışı yubanır, yüzdən artıq mülki insan minalara düşərək ya həlak olur, ya ömürlük əlil qalır. Təəssüflər olsun ki, bütün bu hadisələrə Erməni Apostol Kilsəsi nəinki susur, qınamır, əksinə, revanşizm əhval-ruhiyyəsini daha da alovlandırır. Avropa Parlamenti isə nüfuzlu beynəlxalq qurum olaraq, heç şübhəsiz ki, məhz bu reallıqlara dair öz prinsipial mövqeyini nümayiş etdirməlidir.

Sonra Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Avropa Parlamentinin qərəzli qətnaməsinə etiraz bəyanatı səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib