QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ PARİSDƏ DÜNYA İSLAM FİQH TƏŞKİLATININ KONFRANSINDA İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Küveyt dövləti tərəfindən Parisdə keçiriləcək Dünya İslam Fiqh Təşkilatının təsis konfransında iştirak etmək üçün mayın 21-də Fransaya səfərə yola düşəcəkdir.
Qloballaşma meyillərinin gücləndiyi müasir dövrdə islami birlik məsələlərinin müzakirə olunacağı konfransda A.Paşazadə məruzə ilə çıxış edəcəkdir.