QAN ANALİZLƏRİNİN DƏQİQLİYİ DAHA PROBLEM DEYİL
Mikrobioloq bu yolla laboratoriyalarda alınan qeyri-dəqiq müsbət nəticələrin sayının azalacağına ümid edir. Mütəxəssislərin fikrincə, iynə vurulan yerin ciddi sterilləşdirilməsinə baxmayaraq, venadan alınan qan nümunələrinin 6 faizə qədəri insan dərisindəki müxtəlif bakteriyalarla yoluxur.
Valterspyelin icad etdiyi şpris bir-birinə birləşdirilmiş iki hissədən - böyük və kiçik hissələrdən ibarətdir. Qanın bakteriyalarla çirkləndiyi ehtimal olunan bir millilitr miqdarında ilk hissəsi kiçik şprisə yığılır və yalnız bundan sonra qan nümunəsinin qalan hissəsi böyük şprislə çəkilir.
Mütəxəssislər ikiqat şpris ideyasını təqdir və eyni zamanda xəbərdarlıq edirlər: bu üsul yalnız o halda geniş tətbiq oluna bilər ki, onun içindəki qan başqa yerə göndərilmək və ya tədqiqat aparmaq üçün digər bir konteynerə boşaldılmasın, çünki bu zaman yoluxa bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]