QARA DƏNİZİN DİBİNDƏ DÜNYADA YEGANƏ SUALTI ÇAY AŞKAR EDİLMİŞDİR
Bakı, 5 avqust (AZƏRTAC). Britaniyanın Lids Universitetinin bir qrup alimi sensasiyalı tapıntı barədə məlumat yaymışdır. Alimlər Qara dənizin dibində Dünya okeanında yeganə yeraltı çay aşkar etmişlər. Çayın uzunluğu 37 dəniz mili, eni isə yarım mildən çoxdur. Suyun axın sürəti saatda 4 mildir (təxminən saatda 7,5 kilometr). Sualtı çayın əmələ gətirdiyi novun dərinliyi 35 metrdir.
Çayın uzunluğu çox olmasa da, bol suludur (saniyədə 22 min kubmetr). Alimlər bildirirlər ki, çay quruda olsaydı, həmin göstəriciyə görə dünyada altıncı yeri tutardı.
Maraqlıdır ki, yeraltı çaya adi çayın bütün elementləri xasdır. Məsələn, onun sahilləri, məcrasında kandarlar və əsl şəlalələr vardır.
Tədqiqatçıların fikrincə, yeraltı çay Mərmərə dənizinin duzlu suyunun Bosfor boğazı ilə Qara dənizin şorluq faizi aşağı olan sularına daxil olması nəticəsində əmələ gəlmişdir. Bu səbəbdən yeraltı çayın suyu çox duzludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]