DÜNYA
QARAÇILARIN HİNDİSTANDAN ÇIXMASINA DAİR YENİ DƏLİLLƏR
Aşkar edilmiş genetik mutasiyalar bir–biri ilə bilavasitə bağlı olmayan insanlar üçün ümumi olmuşdur. Buna böyük olmayan məskənlərdən çıxan digər qruplarda, məsələn, Kvebekdə, yaxud Tasmaniyada yaşayan finlərdə rast gəlmək mümkündür. Kalayciyevanın qrupu qaraçıların genetikasını 10 ildən çox bir müddətdə öyrənmişdir. Neyroəzələ miasteniyası kimi xəstəliklərlə bağlı 5 genetik mutasiya təhlil edilmiş, tərkibində “genetik markerlər”, habelə DNT dəyişmələri olan müxtəlif xromosomlar araşdırılmışdır.
Hindistan və Avropa sakinlərinin genetik nümunələrini müqayisə edən alimlər bu nəticəyə gəlmişlər ki, qaraçıların təqribən min nəfərlik ilk qrupu, ola bilər, Avropaya 32-40 nəsil əvvəl, yaxud 800-1000 il bundan qabaq gəlmişlər.
Qaraçıların hind mənşəli olması fərziyyəsi heç də yeni deyildir. O, qaraçı dili ilə qədim hind dili - sanskrit arasındakı uyarlıqlara əsasən, təqribən 200 il bundan əvvəl irəli sürülmüşdür. Lakin Avstraliya alimlərinin dediyinə görə, indiyədək bioloji və genetik dəlil–sübütlar olmamışdır.
Kalayciyevanın fikrincə, Gypsies termini də dəqiq deyildir. Üstəlik, qaraçıların xeyli hissəsi özlərinin roma, yaxud romanı adlandırılmasını daha çox xoşlayırlar.