“QARAYAZI” KİTABI BU QƏDİM EL HAQQINDA ENSİKLOPEDİK BİR ƏSƏRDİR
Xəzər Universitetində fəlsəfə elmləri namizədi Vahid Ömərlinin “Qarayazı” elmi tədqiqat əsərinin təqdimat mərasimi keçirilmişdir.
Ədəbi-musiqili kompozisiya şəklində təşkil edilən mərasimi şair-publisist Knyaz Aslan açaraq, müəllifi iştirakçılara təqdim etdi və indi Qardabani adlandırılan bölgədən danışılan əsər haqqında qısaca məlumat verdi. Əməkdar elm xadimi, professor Camal Mustafayev müəllifin illərdən bəri çəkdiyi gərgin zəhmətinin hədər getmədiyini və Borçalı mahalının bir guşəsi olan Qarayazı eli haqqında yaddaş abidəsi yaratdığını qeyd etdi. O dedi: “Bu əsəri tam əsasla Qarayazı haqqında ensiklopediya hesab etmək olar”. Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı dedi ki, el-obasını ürəkdən sevən Vahid Ömərli bu yüksək qiymətə layiq elmi əsərində Qarayazı bölgəsinin tarixinə dair indiyədək məlum olmayan çox maraqlı faktlar aşkara çıxarmışdır və o elin qeyrətli, vətənpərvər, əməksevər sakinləri haqqında dolğun təsəvvür oyadır. Fəlsəfə elmləri doktoru Vəli Həbiboğlu “Qarayazı” kitabını təkcə Borçalı tarixinin deyil, ümumən Azərbaycan tarixinin də öyrənilməsinə sanballı töhfə adlandırdı.
Mərasimdə Milli Məclisin deputatı, şair Zəlimxan Yaqub, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ramiz Məmmədov, MEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Əflatun Saraclı, fəlsəfə elmləri doktoru Firuz Mustafayev, şairlərdən Səadət Buta və Vəli Qaraçaylı “Qarayazı” kitabı haqqında öz rəylərini bildirdilər.
Aşıqlar Telli Borçalı, Aslan Kosalı və Tərmeyxanın çıxışları mərasimə xüsusi gözəllik verdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]