Qaxda ulu öndərin xatirəsinə həsr olunmuş mini futbol turniri keçirilmişdir
Qax, 8 may (AZƏRTAC). Qax şəhər stadionunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən mini futbol üzrə şəhər birinciliyinə yekun vurulmuşdur. YAP rayon təşkilatı, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən, on gün davam edən birincilikdə şəhərin müəssisə və təşkilatlarını təmsil edən 12 komanda mübarizə aparmışdır.
AZƏRTAC xəbər verir ki, birinciliyin final oyununda rayon polis şöbəsi və qaz istismarı idarəsinin komandaları qarşılaşmışlar. Polis şöbəsinin komandası birinciliyin qalibi olmuşdurr. 3-cü yeri isə gənclər və idman idarəsinin komandası fərqlənmişdir.
Birinciliyin rəsmi bağlanış mərasimində rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirmiş, hazırda ölkəmizdə bu sahənin inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini xüsusi vurğulamışdır.
Turnirin qalibləri kubok, fəxri fərman və idman geyimləri ilə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]