Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb, iki avtomobil zərər görüb VİDEO
Qazax, 20 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda yağan güclü qar Abbasbəyli kəndində evin talvarının çökməsinə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və “Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalıb. Maşınlar zərər görüb.
Hazırda qarın yağması davam edir.