Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
Astana, 18 sentyabr, AZƏRTAC
Münxendə Qazaxıstanın nəqliyyat sektorunda investisiya imkanları və Orta Dəhlizin inkişaf perspektivləri təqdim olunub.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, iqtisadi, elmi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üzrə Qazaxıstan-Bavariya işçi qrupunun ilk iclasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Asiya ilə Avropanı birləşdirən strateji marşrut kimi Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilib. Həmçinin dəmir yolu, liman və hava limanı infrastrukturunun inkişafı üzrə perspektivli layihələr təqdim olunub.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan ərazisi, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ölkələri ilə birləşdirir.
Qazaxıstan, həmçinin Bavariya şirkətlərini birgə layihələrin həyata keçirilməsinə cəlb etməkdə və nəqliyyatda innovativ texnologiyalar sahəsində təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]