QAZAXISTANDA ÇƏKİLƏN TARİXİ FİLMİN SSENARİ MÜƏLLİFİ RÜSTƏM İBRAHİMBƏYOVDUR
Filmdə qazax, qırğız, rus aktyorları ilə yanaşı, Hollivuddan dəvət edilmiş tanınmış sənətçilər də çəkilirlər. Baş rola - Abalay xan roluna Kuno Bekker dəvət olunmuşdur.
Bu tarixi filmin çəkilişinə Qazaxıstan hökuməti 25 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır.
“Sibir bərbəri”, “Səhranın bəyaz günəşi” kimi məşhur filmlərin ssenari müəllifi Rüstəm İbrahimbəyov jurnalistlərə bildirmişdir ki, bir aya çəkilişləri tam başa çatdıracağıq. İndi Almatının 100 kilometrliyində quraşdırılmış nadir dekorasiyada - Abalay xanın dövründəki Türküstanda filmin son kadrları çəkilir. Ən mürəkkəb səhnələrdən biri böyük döyüş səhnəsidir, burada minlərlə adam və yüzlərlə at iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]