Qazaxıstanda hərbi aviasiyanın təlim uçuşları barədə xəbərdarlıq edilib
Astana, 10 may, AZƏRTAC
Qazaxıstanın Astana şəhərinin hava məkanında hərbi aviasiyanın təlim uçuşları başlayır.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu, mayın 15-də keçiriləcək qırıcı təyyarələrin nümayiş uçuşuna hazırlıq məqsədi daşıyır. Uçuşlar Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin adi planlı tədbirləri çərçivəsində keçirilir.
Qırıcı təyyarələrin uçuşu və təlim tədbirləri təhlükəsiz hündürlükdə keçiriləcək və şəhər həyatının normal ritmini pozmayacaq. Paytaxt sakinlərindən və qonaqlardan uçuşlar zamanı yarana biləcək səs-küyü anlayışla qarşılamaları xahiş edilib.
Müdafiə Nazirliyi uçuşların təhlükəsizlik tələblərinə uyğun təşkil olunduğunu və ictimaiyyət üçün heç bir təhlükə yaratmadığını, rəngli tüstünün istifadəsinin isə nümayiş məqsədi daşıdığını və ətraf mühitə zərərli təsir göstərmədiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]