Qazaxıstanda xarici agentlər haqqında qanunun qəbul edilməsi təklif olunub
Astana, 12 fevral, AZƏRTAC
Parlamentin üzvü İrina Smirnova Qazaxıstanda xarici agentlər haqqında qanunun qəbul olunmasını təklif edib.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, deputat parlamentin iclasında Baş nazir Oljas Bektenova müraciət edərək xarici agentlər haqqında qanun qəbul edən ölkələri - İsrail, Çin, Avstraliya, Böyük Britaniya və Fransanı nümunə kimi göstərib.
O hesab edir ki, Qazaxıstan bu təcrübəni dəstəkləməli və media orqanlarının materiallarının məzmununu və mənbəyini etiketləməyi tələb edən qanun yaratmalıdır. Deputat əlavə edib: “İllərdir boz zonada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının statusuna yenidən baxmağın, siyasi maraqlarını medianın dəstəyi, insan hüquqlarının müdafiəsi və dözümlülüyün artırılması ilə ört-basdır edən xarici donorlarla qarşılıqlı fəaliyyət qaydalarını yenidən yazmağın vaxtı çatıb”.
Smirnova qeyd edib ki, ABŞ “Azad Avropa” və “Amerikanın səsi” radiolarının bağlanmasını təklif edib. Bundan sonra o, Qazaxıstanda fəaliyyət göstərən “Azattık” radiosunu misal çəkib.
“Bu gün “Azattık” radiosunun saytına daxil olan hər kəs bunu aydın şəkildə görə bilər. Burada yeni məktəb, yol tikintisi, aparılan islahatlar və ya qazaxıstanlıların hər hansı qələbəsi ilə bağlı bir dənə də olsun material yoxdur, sadəcə olaraq tənqid və neqativlərin eskalasiyası var”, -deyə Smirnova bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]