QAZAXISTANIN BAŞ PROKURORU JİRİNOVSKİNİN MƏSULİYYƏTƏ CƏLB OLUNMASINI İSTƏYİR
Qazaxıstanın baş prokuroru Rəşid Tusupbekov rusiyalı həmkarı Vladimir Ustinova məktub göndərərək, ondan Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Jirinovskinin RF qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını xahiş etmişdir. AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti bildirmişdir.
Yanvarda Jirinovski “Exo Moskvı” radiostansiyasına müsahibəsində Rusiya ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərə baxışını açıqlayarkən dəfələrlə vurğulamışdır ki, bəşəriyyət tarixində heç vaxt Qazaxıstan adlı dövlət olmayıb, “qazax dili yoxdur, qazax əlifbası da olmayıb, ümumiyyətlə, orada heç nə yoxdur.
Qazaxıstan Baş Prokurorluğundan bildirmişlər ki, müsahibədə “Rusiya və Qazaxıstan xalqları arasında milli düşmənçilik və ədavət yaratmaq, habelə qazax millətinə mənsub şəxslərin milli şərəf və ləyaqətini təhqir etmək əlamətləri var”.
Qazaxıstan baş prokurorunun məktubunda deyilir ki, Jirinovskinin müsahibədə söylədiyi bu və digər fikirlər “RF Cinayət Məcəlləsinin 282-ci maddəsinə uyğun olaraq, cinayət tərkibi təşkil edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]