QAZAXISTANIN BTC-YƏ QOŞULMASI HAQQINDA MÜQAVİLƏNİN İMZALANMASI
Dövlət başçılarının görüşü başa çatdıqdan sonra Prezident sarayında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilənin imzalanması mərasimi oldu. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev imzaladılar.
X X X
Müqavilə imzalandıqdan sonra dövlət başçıları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirdilər.
Prezidentlər brifinqdə bəyanatlarla çıxış etdilər.